Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 642 ədəd hazır mənzillər alır.
Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “AN İnşaat” MMC, “Prime İnşaat” MTK və Fiziki şəxs Nizami Cavanşir oğlu Abdullayev ilə müqavilə bağlayıb.
3 müqavilədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 214 mənzilin satın alınması nəzərdə tutulur.
Müqavilələrin cəmi məbləği isə 3 milyon 766 min 676 manatdır.