Azərbaycan son üç il ərzində əsas strateji qida – çörəyin istehsalında istifadə edilən yumşaq buğda və meslinin idxalı üzrə idxalda ölkələrin paylarını dəyişir. 2018-ci ilin son statistikaları göstərir ki, Azərbaycan daha yumşaq buğdanı Rusiya Federasiyasından (RF) almağı üstün tutur.
Cari ilin ilk 3 rübü ərzində Azərbaycan 947.61 min ton həcmində yumşaq buğda idxal edib, bunun da idxal dəyəri $200.2 mln. təşkil edir. Bu o deməkdir ki, ölkəmiz son ildə bu kodda buğdanın idxalının miqdar baxımdan həcmini 10% azaltmalı olub. Bunu Banker.az Dövlət Statistika Komitəsinə istinad edir. Məlumat kimi bildirək ki, Azərbaycan 2019-cu ilin ilk üç rübü ərzində xaricdən 1 054 .35 min ton həcmində və ya $226.94 mln. yumşaq buğda idxal etmişdi.
Bu il azalmaya rəğmən digər bir göstərici pay bölgüsündə RF-nin payının 99%-i ötməsidir. Azərbaycan bu il iki MDB ölkəsi RF və Qazaxıstandan yumşaq buğda idxal edib. Bunun 940.16 min ton ($198.51 mln.) RF-nin payına, 7.44 min tonu ($1.69 mln.) isə Qazaxıstanın payına düşür.
RF-nin 2018-ci ildə ümumi yumşaq buğda üzrə idxalda payı, 74.23%, 2019-cu ildə 76.26% təşkil edib. Qazaxıstanın payı isə 2018-ci ildə 25.51% və 2019-cu ildə 23.74% təşkil edirdi. Göründüyü kimi 2020-ci ildə 0.79%-ə qədər qəfil düşüb.