10 C
Baku
Wednesday, December 11, 2024

Pompeo və Ərdoğanın Ankaradakı görüşü baş tutmayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasındakı görüş baş tutmayıb.

Banker.az “RİA Novsti”yə iistinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

“Biz hamımız – dövlət katibi, Türkiyə rəsmiləri, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və zənn edirəm ki, prezident Ərdoğan da – razılaşdırılmış görüşlərin həyata keçirilməsini istəyərdik. Lakin nəticədə bu mümkün olmayıb, çünki prezident Ərdoğanın cədvəli dəyişib və dövlət katibi ilə görüş zamanı planlaşdırdığımız parametrlərə sığmayıb”, – deyə diplomat İstanbulda keçirilən brifinqdə söyləyib.

“Düşünmürəm ki, Türkiyə rəsmiləri ilə hər hansı bir anlaşılmazlığımız olsun. Bu, sözün əsl mənasında cədvəl məsələsi idi. Əgər mahiyyətdən danışsaq, biz fikir ayrılıqlarının olduğu bu mövzularda Ankara ilə işimizi davam etdiririk və fikrimizcə, bu məsələlər bizim üçün və başqaları üçün vacibdir”- Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

 

Son xəbərlər
Digər xəbərlər