7 C
Baku
Thursday, December 12, 2024

Erməni müxalifəti ölkədə hərbi vəziyyəti ləğv etmək istəyir

Ermənistanın müxalifətçi “Parlaq Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan çərşənbə axşamı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə əlaqədar olaraq elan edilmiş hərbi vəziyyətin ləğvi üçün növbədənkənar iclasın keçirilməsi təklif olunub.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Bizdə fraksiyalar tərəfindən toplanan imzalar var. Bu gün saat 18:30-da növbədənkənar iclas çağırırıq, hərbi vəziyyəti ləğv etməyi və ölkəyə azadlığı qaytarmağı təklif edirik”, – Marukyan qanunverici orqanın iclasında söyləyib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan 10 noyabrda hərbi vəziyyəti daha yeddi gün davam etdirilməsini istəmişdi. “Bu gün həmin müddət başa çatır”, – deyə Marukyan həmkarlarını fövqəladə iclasda iştirak etməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər