10 C
Baku
Thursday, December 12, 2024

Ermənistanda Rusiya kanallarının yayımına icazə veriləcək

Ermənistan hakimiyyəti Rusiya Federasiyası ilə rus televiziya kanallarının yayımlanmasına dair müqavilə bağlayacaq.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Verilən məlumata görə, Rusiya televiziyası üçün bir və ya iki yer ayrılacaq. Verilən lisenziyalar 2021-ci il yanvarın 20-dək fəaliyyət göstərməyə davam edəcək.

Xatırladaq ki, daha əvvəl 5 avqust tarixində İrəvan xarici kanalların yayımlanmasını məhdudlaşdıran qərar qəbul etmişdir. Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı fərmana əsasən, yayım yalnız dövlətlərarası razılaşmalar əsasında həyata keçirilə bilər. Qeyd edək ki, bu qadağa yalnız ictimai şəbəkələrə aiddir.

Son xəbərlər
Digər xəbərlər