İsrailin Baş Naziri Binyamin Netanyahu Rusiyanın koronavirusa qarşı ixtira etdiyi “Sputnik V” adlı vaksini almaq üçün Prezident Vladimir Putinlə telefon danışığı həyata keçirib.
Netanyahu bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya istehsalı olan vaksini əldə etmək üçün Putinlə danışdım. Bir neçə aya alınacaq. Tunelin sonundakı işığı görə bilərik”,- deyə Baş Nazir qeyd edib.
Qeyd edək ki, bu günə qədər İsraildə 325 mindən çox yoluxma, 2735 ölüm faktı qeydə alınıb. 314 270 nəfər xəstəlikdən sağalıb.