Azərbaycanda 2020-ci ilin ilk 10 ayı ərzində 1 497 ədəd minik avtomobili istehsal edilib, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bu da illik müqayisədə 20.4% azalma deməkdir.
Banker.az bildirir ki, istehsal edilmiş avtmobillərin oktyabrın 31 günü ərzində sayı 114 ədəd olub. Bu ilin iki ayı – aprel və may aylarında bir ədəd belə minik avtomobili istehsal edilməyib. Lakin, sonrakı aylarda istehsal bərpa edilib. İyun və iyul aylarının hər birində bərabər sayda olmaqla 201 ədəd minik avtomobili istehsal edilmişdi. Hətta avqusta 96 ədədə düşsə də sentyabr ayında istehsal həcmi 212 ədədə qədər artıb.
İstehsal edilmiş avtmobillər anbarlarda qalmır. Məsələn, 1 oktyabr 2020-ci il tarixdə anbarlarda 183 avtomobil vardı. Yuxarıda qeyd edildiyi kimi 114 ədəd istehsal edilməsinə rəğmən bu rəqəm, 1 noyabr 2020-ci il tarixinə 140 ədəd olmuşdur. Bu 43 ədəd azalma o anlama gəlir ki, 157 ədəd yerli istehsal olan bu avtomobilər bazara satışa çıxarılıb, oradan da alıcısını tapmışdır.
2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın avtomobil parkına 1 322 ədəd yerli istehsal olan minik avtomobilləri daxil edilib.
Məlumat üçün bildirək ki, 2019-cu il ərzində Azərbaycanda 2 360 ədəd minik avtomobil istehsal edilmişdi.