Azərbaycan Beynəlxalq Bankı ASC-nin departament direktorlarından birinə müavin təyin edilib.
Banker.az-ın xəbərinə görə, Eldar Xubanlı Pərakəndə bankçılıq departamentinin direktor müavini təyin edilib.
E.Xubanlı bu vəzifəsinin icrasına 2020-ci ilin noyabrından başlandığı bildirilir.
O, 2019-cu ilinin dekabrından “Yelo Bank” ASC-də Pərakəndə satış departamentinin direktor vəzifəsində çalışırdı.
2014-2017-ci illər ərzində “Dəmir Bank” ASC-də, 2017-2019-cu (sentyabrına qədər) “Expressbank” ASC-də və 2019-cu ilin oktyabr-dekabr ayları ərzində isə “Bank Respublika” ASC-də müxtəlif vəzifələrdə çalışıb.