7 C
Baku
Thursday, December 12, 2024

“Azərişıq”dən bu il yaradılmış şirkətə 7 milyon manatlıq sifariş

“Azərişıq” ASC “Enerji Construction” MMC ilə 7 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Yevlax və Goranboy rayonlarında aqroparkların ərazisində 35\0,4 KV-luq yarımstansiyanın tikintisi, lazımi avadanlıqların quraşdırılması, 35 KV-luq hava xəttinin çəkilməsi və 35/0,4 KV-luq KTM-lərin quraşdırlılması işləri nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 6 milyon 795 min manatdır.

Bildirək ki, “Enerji Construction” MMC 2020-ci ilin yanvarında dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Mollayev Şahin Mənsur oğludur.

Son xəbərlər
Digər xəbərlər