Bu ilin ilk 10 ayı ərzində Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 180,5 milyon manatlıq məhsul istehsal olunub.
“Banker.az”a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 50,1 faiz artmış, elektrik avadanlıqların istehsalı isə 2,4 faiz azalıb.
Həmçinin dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,0 dəfə artıb.