6 C
Baku
Saturday, December 14, 2024

Ermənistanda gündəlik tələbat mallarının qiyməti bahalaşır

Ermənistanda gündəlik tələbat və ərzaq məhsullarının qiyməti bahalaşır.

Bunu “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, Ermənistanda bu il yanvar-sentyabr aylarında ət və ət məhsullarının istehsalı artsa da, qiyməti bahalaşıb.

Məlumata görə, hesabat dövründə donuz ətinin istehsalı 10,1 faiz azalıb. Bundan başqa, bu ilin ilk 9 ayında kolbasa istehsalında da 2,2 faiz azalma müşahidə olunub. Erməni ekspertlərin fikirincə, istehlakçıların sayı azalıb.

Bu statistika sentyabrın 27-dən əvvəlki dövrə aiddir. Ekspertlər bildirib ki, yaxın zamanlarda qiymətlərin bahalaşması yalnız ət və ət məhsullarında deyil, başqa mallarda da müşahidə olunacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər