9 C
Baku
Thursday, December 12, 2024

Kanada koronavirusa qarşı peyvənd dozalarının bir hissəsini yoxsul ölkələrə bağışlayacaq

Kanada hökuməti koronavirusa qarşı peyvənd dozalarının bir hissəsini yoxsul ölkələrə bağışlamağa qərar verib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, kanadalılar üçün ayrılmış dozaların bir hissəsi “COVAX Facility” fondu vasitəsi ilə ianə ediləcək.

“Duke Global Health Innovation Center”in tədqiqatçıları bildirirlər ki, Kanada digər ölkələrlə müqayisədə daha çox doza almağı planlaşdırır. “Biz bu dozaların boşuna xərclənməsinə yol verməyəcəyik”, – mesajda deyilir.

38 milyon əhalisi olan Kanada bötüvlükdə yeddi müqavilə imzalayıb və onlar çərçivəsində 414 milyon doza peyvənd almağı düşünür. Xatırladaq ki, hal-hazırda Kanadada 311 109 yoluxma halı qeydə alınıb. İndiyədək 248 321 nəfər sağalıb, 11 186 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə dünyada 56,6 milyondan çox yoluxma halı baş verib, 1,3 milyon nəfər dünyasını dəyişib, 39,3 milyon nəfər isə sağalıb.

Son xəbərlər
Digər xəbərlər