10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan pomidorunu bu il kimlər alır? – TAM SİYAHI

Azərbaycan cari ilin ilk üç rübü ərzində xarici ölkələrə 154.98 min ton həcmində təzə, soyudulmuş pomidor satıb. Ölkəmizə isə bunun müqabilində 167.80 mln. dollar həcmində valyuta daxil olub.

Azərbaycan bu il xaricə miqdarda ixracı 15% artırmaqla, məbləğdə 17% əlavə vəsait əldə edə bilib. Bu isə ölkəmizin xaricə satdığı pomidorun hər kiloqramı üzrə xaricə 2 sent əlavə qazanc əldə etməsi səbəbindəndir. Məsələn, cari ilin ilk 3 ayı üzrə pomidorun hər kiloqramın qiyməti 1.08 dollar olub, bu isə, öncəki ildə 1.06 dollar idi.

MÜŞTƏRİ SAYI AZALIB, LAKİN…

Azərbaycan pomidorunun müştəri ölkəsinin sayı bu il 8-ə düşüb. Ötən il isə 12 idi. İş burasıdır ki, sayların azalmasına rəğmən “loyal” alıcıların pomidor alışını çoxaldmalı olublar. Məsələn, ölkədən xaricə satılan bu tərəvəzdə 98% pay sahibi olan Rusiya idxal həcmini 15 faiz artıraraq 152.21 min tona(məbləğ: $166.6 mln.), ikinci alıcı Ukrayna isə 2.6 dəfə artırmaqla 2.35 min tona çatdırıb (məbləğ: $1.02 mln.).

2019-cu ildəki müştəri ölkələr – Almaniya, İsveçrə, İraq və Qətər  isə bu il ölkəmizdən pomidor alışını dayandırıblar.

4u2y34u23yt23u

Son xəbərlər
Digər xəbərlər