22 C
Baku
Monday, October 7, 2024

Azərbaycanın problemli kreditləri 1 milyarda çatır

1 sentyabr tarixində ölkədə fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşları üzrə vaxtı keçmiş kreditlərinin həcmi artıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə kredit qoyuluşları 17631,6 mln manat təşkil edir. Bu göstərici üzrə vaxtı keçmiş kreditlər isə 973,2 mln manata çatıb. Son 1 ay ərzində 4%, ilin əvvəlindən isə 20% artıb.

Qeyd edək ki, vaxtı keçmiş kreditlər ötən ilin analoji dövrü ilə müqayisədə isə 179 mln manat, yəni 23% artıb.

Son xəbərlər
Digər xəbərlər