Azərbaycanın siqaret bazarında böyük artım

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 6 623.3 milyon ədəd papiros və siqaretlər və 3 948.7 ton fermentləşdirilmiş tütün istehsal edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 5 471 milyon ədəd papiros və siqaretlər və 4 026.2 ton fermentləşdirilmiş tütün istehsal edib.

Belə ki, cari ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə papiros və siqaret istehsalı 21% artıb, fermentləşdirilmiş tütün istehsalı isə 2% azalıb.

Onu da qeyd edək ki, Azərbaycanda 2020-ci ilin yanvar-sentyabr aylarında 5 764.6 milyon ədəd papiros və siqaret istehsal edilib. Bu ilin təkcə oktyabr ayında isə ölkədə 858.7 milyon ədəd papiros və siqaret istehsal edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər