22 C
Baku
Monday, October 7, 2024

Mərkəzi Bank ödənişlərə  nəzarət edəcək

Mütəxəssislərin verdiyi məlumata görə, Mərkəzi Bank artıq bu proseslə bağlı işlərə başlamışdır. Qarşıya qoyulan məsələ, ölkə daxilindən edilən bəzi ödəmə və köçürmələrin Visa və Mastercard sistemlərinə göndərməmişdən öncə Mərkəzi Bankın sistemindən keçməsi durur.  Hazırda təklif olunan sistemin əsasında 2 vacib faktor durur:

  • Banklar Visa və ya Mastercard vasitəsi ilə edilən əməliyyatlarda təxminən hər ödənişin 0.6-0.8 % komisiya qismində ödəməli olurdular. Bu rəqəm özlüyündə kifayət qədər yüksək bir rəqəmdir. Əgər Mərkəzi Bank qiymətləri daha münasib olsa, banklar prosesin bu hissəsindən qazanacaqlar ( müştərilərdə həmçinin).
  • Mərkəzi bank ödənişlərlə bağlı nəzarəti öz üzərinə götürür. Təbii ki, ödənişlərlə bağlı hesabatlar banklar tərəfindən Mərkəzi Banka göndərirlir, lakin belə bir sistem Mərkəzi Banka həm dəqiq həmdə daha çevir reaksiya vermək imkanı yaradır.

Ekspertlərin veridyi proqnoza əsasən, sistem tam işlək vəziyyətə gətirildikdən sonra artıq Azərbaycanda olan Banklar və prosessinq mərkəzlərinin digər xarici banklarla əlaqəsi demək olarki yalnız Mərkəzi Bankdan keçəcək.

Son xəbərlər
Digər xəbərlər