22 C
Baku
Monday, October 7, 2024

Azərbaycanda bir neçə bank bağlanacaq

“Yanvar-sentyabr aylarında bank sektoru üçün maraqlı tendensiyalar müşahidə edilib”.

Bu sözləri iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində qeyd edib.

O, Mərkəzi Bankın hesabatının nəticə etibarilə bu il ölkə bankları üçün uğurlu olmadığını deyib:

“2014-cü il ölkə bankları üçün heç də uğurlu olmadı. Mərkəzi Bankın ilin əvvəlində atdığı addımlar, o cümlədən Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini azaltması maliyyə bazarına təsirsiz ötüşmədi. İstehlak kreditləşməsinin artımını məhdudlaşdırmağa yönəlik tədbirlər ciddi nəticələr vermədi. İstehlak kreditlərinin payı artmaqda davam etdi. Əksinə, ölkə üzrə kredit qoyuluşu zəifləməyə başladı. Problemli kreditlərin payı isə getdikcə artmağa başladı. Əmanətlərin faiz dərəcəsinin azalması əmanət bazarının cəlbediciliyini azaltdı və əmanət qoyuluşu azalmağa başladı. Bu prosesə “Bank of Azerbaijan” ASC-nin düşdüyü böhran daha da stimul verdi. Əmanətlərin faiz dərəcəsinin azalması kredit faizlərinə ciddi təsir göstərmədi. Əksinə, bankların qazanclarını artırdı. Təsadüfi deyil ki, bu qazanc ilin əvvəli 3,75% idisə, hazırda 5,32%-ə qalxıb.

İlin bitməsinə 2 ay qalıb. 10-a qədər bank bazarda qalmaq üçün çarpışırlar. Onların təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq. Yenə də hər şey zamandan və aparılan danışıqların nəticəsindən asılı olacaq”.

Axar.az

Son xəbərlər
Digər xəbərlər