20 C
Baku
Tuesday, October 8, 2024

Mərkəzi Bankın sədri Dünya Bankının vitse-prezidentini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, həmçinin DB-nin texniki və maliyyə dəstəyinin uğurlu nəticələri cari il üzrə ən son makroiqtisadi inkişaf, bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıqlar və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilmişdir.

Görüşdə həmçinin, Azərbaycan hökuməti ilə DB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər