13 C
Baku
Saturday, November 23, 2024

Dünyadakı qlobal bərabərsizliyin 7 səbəbi

Bütün dünyada bərabərsizliyin səviyyəsi günü-gündən böyüyür. Bəzi proqnozlara görə, zaman keçdikcə bərabərsizliyin səviyyəsi artmağa davam edəcək: 2030-cu ilədək əhalinin 1%-i dünya sərvətinin üçdə iksinə sahib olacaq. 

Mütəxəssislər qeyd edirlər ki, keçmişdə bərabərsizlik dəfələrlə inqilab və iğtişaşlara səbəb olmuşdur ki, bunun qarşısını almaq üçün bərabərsizliyin səviyyəsini azaltmaq lazımdır. Bu məqsədə çatmaq üçün biz ilk növbədə dünyada bərabərsizliyin səbəblərinin nədən ibarət olduğunu başa düşməliyik. 

  1. Təhsil səviyyəsi

 

78

Heç kəs üçün sirr deyil ki, təhsil səviyyəsi fərqli olan insanların gəlir səviyyəsi də fərqli olur. Bu, təhsil səviyyəsinin bacarıq və peşəkarlıq səviyyəsi arasındakı əlaqədən irəli gəlir. 

Təhsil nə qədər yaxşı olsa, əmək haqqının səviyyəsinə təsir göstərən bilik və bacarıqlar da bir o qədər yüksək inkişaf edir. 

Təhsilin əmək haqqına təsiri xüsusilə inkişaf etmiş ölkələrdə və böyük şəhərlərdə nəzərə çarpır.

Bununla birlikdə, inkişaf etmiş ölkələrdə pulsuz təhsil almaq üçün bir çox imkanlar var, buna görə təhsil almaq insanın maddi durumundan deyil, şəxsi keyfiyyətlərindən asılı ola bilər.

Eyni zamanda, yüksək səviyyədə təhsil almaq keyfiyyətli təhsil almaq demək deyil. 

  1. Texnologiyaların inkişafı

7bbbe330 835a 4503 b7c1 45041712a18d

Mütəxəssislərin fikrincə, texnologiyaların inkişafı işsizliyi stimullaşdıracaq. Belə ki, qeyri-ixtisaslı əmək fəaliyyəti üçün texnologiyaların inkişafı maşınlarla rəqabət yaradır, bu da işsizlik səviyyəsinin artmasına səbəb olur. 

Malların emalı və ya qablaşdırılması kimi olan sahələrdə səmərəlik baxımından robotlar insan əməyini üstələyir. 

Ekspertlər yaxın gələcəkdə ixtisaslı əmək fəaliyyəti də texnoloji inkişafın qurbanı ola bilər.

Bu, iş yerlərinin azalmasına və müvafiq olaraq işsizlik səviyyəsinin atmasına gətirib çıxarır. Bildiyimiz kimi, bərabərsizliyi artıran amillərdən biri də işsizlikdir. 

  1. Gender bərabərsizliyi

289222c9 5a02 4ec4 aaa2 ede31f65931a

Bir çox ölkələr üçün gender bərabərsizliyi əsas sosial problemlərdən biridir. Məsələn, ABŞ-da qadınlar kişilərin aldığı maaşın cəmi 77%-ni alırlar. 

Analitiklər bunun əsas səbəbi kimi kişi və qadın arasında ayrı-seçkilik, qadınların hər hansısa vakansiyaya müraciət etdikdə maaşdan başqa bir çox faktorları nəzərə almalarını göstərirlər. 

  1. Qloballaşma

fafdfa6f b32b 47be a058 54f9502e990c

Qloballaşma dünyanın demək olar ki, hər nöqtəsinə təsir edib. Lakin mütəxəssislər onun bərabərsizliyin artması üçün nə qədər vacib olması haqda müzakirələr aparırlar. 

Xüsusilə, məşhur iqtisadçı Pol Krugman qloballaşmanın bərabərsizliyin artmasına birbaşa təsir etdiyini qeyd edir. 

 Ölkələr arasında ticarət artdıqca zəngin ölkələrdə işçilərin əməyi, yoxsul ölkələrin işçilərinin rəqabəti ilə üzləşir. Nəticədə zəngin ölkələrdə işçilərin əmək haqları azalır.

Digər ekspertlər hesab edirlər ki, qloballaşmanın bərabərsizliyə təsiri digər amillərin təsirindən daha az əhəmiyyətlidir. Lourens Katsın fikrincə, qloballaşma bərabərsizliyin yalnız 5-15%-ni təşkil edir. 

  1. Kəmiyyət yumşalması

6896ac9e e828 4a9f b7b8 d95a01490ddb

Qərb ölkələri iqtisadi artımı dəstəkləməyə kömək edən kəmiyyət yumşalması siyasəti yürüdürlər. 

Çap olunan pullar maliyyə sektoruna yönəldilir. 

Bu, sektorun özü üçün, eləcə də zəruri aktivlərə sahib olan və ya maliyyə sektorunda işləyənlər üçün yaxşı ola bilər. lakin belə ölkələrdə insanların əksəriyyəti üçün bu tədbirlər heç bir müsbət nəticə vermir.

Sıfır faiz dərəcəsi siyasəti

eb6fe328 3171 4f3d 9b04 56b049593960

Faiz dərəcələrinin aşağı düşməsi borcun dəyərini azaldır. 

Siz yüksək borc yükü yoxsulluq ilə əlaqəli olduğunu düşünə bilərsiniz, lakin ucuz borclar zəngin korporasiyalar, ailələr və hökumətlərin mülkiyyətidir. 

Faiz dərəcələrinin aşağı olması ilk növbədə onlara sərf edir. 

Ucuz borclar borcun böyüməsinə səbəb olur və nəticədə səhmlərin qiyməti qalxır. 

Pulun alıcılıq qabiliyyətinin azalması

43717628 a688 49ae 8a49 8a2e99c5b1b3

Müxtəlif səbəblərdən son 100 ildə pulun alıcılıq qabiliyyəti 99% azalmışdır.

Bu, ildə orta hesabla 5% azalma deməkdir. 

Buna görə də əsas gəlir mənbəyi maaş olan insanlar var-dövlətin azalması problemi ilə üzləşiblər. Səhmlərə sahib olanların itkiləri isə nisbətən daha az olub. 

Qeyd edək ki, bərabərsizliyin bu səbəbləri birbaşa hökumətdən və onun siyasətindən asılıdır. 

Son xəbərlər
Digər xəbərlər