İlkin rəqəmlərə əsasən, 2020-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 641
mln. ABŞ dolları olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
2019-cu ilin yanvar-sentyabr aylarında isə ölkəyə daxil olan pul baratları 693 mln. ABŞ dolları olub ki, bu da illik müqayisədə ölkəyə daxil olan pul baratlarının 52 mln. dollar və ya 7.5% azalması deməkdir.
Onu da qeyd edək ki, 2018-ci ilin 9 ayında isə Azərbaycana 803 mln. dollar həcmində pul baratları daxil olmuşdur.