Rusiyada son bir gündə daha 24 822nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı2 064 768nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 467nəfər artaraq 35 778-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 577 435nəfər sağalıb.