20 C
Baku
Tuesday, October 8, 2024

Hiyləgər sürücü

Zimbabvedə avtobus sürücüsü istirahət etmək və eyni zamanda bir qədər içmək üçün yol kənarında yerləşən kiçik bir barın qarşısında dayanır.  Bu zaman onun avtobusunda olan sərnişinlər, daha doğrusu Xararedən Bulavoya aparılan psixiatriya xəstəxanasının 20 pasienti qaçırlar.

Bardan çıxan sürücü qarşılaşdığı mənzərəni gördükdə heç əhvalını belə pozmur. Belə ki, o növbəti dayanacaqda dayanan sərnişinlərə “pulsuz gediş” təklif edir və lazımi sayda insan topladıqdan sonra birbaşa olaraq psixiatriya xəstəxanasına yol alır. Buraya çatdıqda isə sürücü həkimlərə bildirir ki, bu xəstələr güclü təxəyyülə sahibdirlər və özlərini tamam başqa insanlar kimi təqdim edə bilərlər. Həkimlərin isə vəziyyətin nə yerdə olduğunu anlamaları üçün 3 gün tələb olmuşdu.

Son xəbərlər
Digər xəbərlər