6 C
Baku
Sunday, December 15, 2024

Son sutkada koronovirusdan 28 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 28 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 89 898nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı26 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.

 

Son xəbərlər
Digər xəbərlər