Kolumbiyanın Medelin şəhərin sakini lotereyada 13 milyard peso qazandı ki, bu da təxminən 3.561.360 dollara bərabərdir.
Trendin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkədə lotereyalar təşkil edən “Baloto Revança” şirkəti xəbər yayıb.
“Bu dəfə şanslı olan əbədi bahar şəhəri – Medelində yaşayır” – “Twitter”də yayımlanan mesajda deyilir.
Bildirilir ki, lotereya bileti şəhər apteklərindən birində əldə edilib.