6 C
Baku
Sunday, December 15, 2024

AzerGold-un “dollar istiqrazları” üçün növbəti hərrac

Noyabrın 30-da “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının 10 milyon ABŞ dolları məbləğində II tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Banker.az BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 dollar olan 100 min ədəd istiqrazdan gedir.

Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən qiymətli kağızlar standart bazar seqmentində listinqə daxil edilib və rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Bu dəfə yerləşdirmə üzrə investorlardan tutulan komissiya haqqını (0,02%) “AzerGold” öz üzərinə götürəcəkdir.

3 il müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla belə, hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan bütün investisiya şirkətlərinə müraciət edə bilərlər.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Son xəbərlər
Digər xəbərlər