26 C
Baku
Tuesday, April 30, 2024

“AstraZeneca” koronavirusa qarşı peyvəndinin 70% təsirli olduğunu açıqladı

İngilis-İsveç əczaçılıq şirkəti “AstraZeneca” koronavirusa qarşı peyvəndinin 70% təsirli olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə BBC məlumat verib.

Qeyd edək ki, İngiltərə hökuməti qabaqcadan bu istehsalçıdan 50 milyon insanı təmin edəcək qədər doza sifariş edib.

Birinci halda 2,7 mindən çox insana əvvəlcə yarım, bir aydan sonra isə tam doza tətbiq olunub. Bu üsul 90% təsirli olduğunu göstərib. İkinci halda tədqiqat iştirakçılarına bir aylıq fərqlə iki dəfə tam doza tətbiq edilib. Bu üsul cəmi 62% təsirli olduğunu göstərib.

Beləliklə, peyvəndin orta təsirliliyi 70% olduğu müəyyən edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər