İsrailin baş naziri Binyamin Netanyahu dünən gizli şəkildə Səudiyyə Ərəbistanını ziyarət edərək, şahzadə Məhəmməd bin Salman ilə görüşüb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Baş nazir Netanyahu və Mossad rəhbəri Yosi Koen dünən gizli şəkildə Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşüblər”, – mesajda deyilir.
Qeyd edək ki, baş nazirin ofisi bu məlumatı şərh etməkdən imtina edib.
“Biz bu mesajları şərh etmirik”, – nümayəndələr bildirib.