6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda problemli kreditlərin payı gələn il 10%-i ötəcək, “Fitch” deyir

AMB-nin 1 oktyabr 2020-ci il tarixinə olan göstəricisinə görə, problemli kreditlərin payı 7.19%-dir.

“Fitch Ratings” beynəlxalq agentliyi 2021-ci ildə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payının 10%-i aşacağını proqnozlaşdırır.

Agentliyin hesabatına istinadən, problemli kreditlərin payında artımın əsas səbəbi kimi COVID-19 pandemiyasına görə restrukturizasiya olunmuş kreditlər vaxtı keçmiş kreditlərə çevrilə biləcəyi göstərilir.

Agentliyə görə, ölkədəki bankların göstəriciləri zəifdir. “Fitch”in Bank Sistemi İndikatorunda (BSI) ölkənin bank sistemi “b” səviyyəsində qiymətləndirilir.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payı 7,2% təşkil edib. Bu göstərici sentyabrın 1-nə 7,3%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 10,1% olub.

Son xəbərlər
Digər xəbərlər