“Cari ildə Ədliyyə Naazirliyi tərəfindən 1 600-dən çox qanunvericilik aktı layihəsi hazırlaıb, 2 800-dən artıq normativ sənəd layihəsinə rəy verilib”
Bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib..
Nazirin sözlərinə görə, bu müddət ərzində 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib, 230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb:
“Cari ildə 375 min icra sənədinin icrası təmin edilib, 610 milyon manat vəsait hüquqi və fiziki şəxslərə, vergi borcları ilə bağlı dövlət büdcəsinə ödətdirilib, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmamasına dair 370-dən çox iş üzrə ibtidai istintaq tamamlanıb.