Dünyanın məşhur şahmatçılarının yarışdığı “Skilling Open 2020” onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb.
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.
7 turdan sonra o, 3.5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Ümumilikdə turnirdə 16 şahmatçı mübarizə aparır.