Yeni növ koronavirus infeksiyası ərəb dövlətlərinə 150 milyard ABŞ dollarından çox iqtisadi ziyan vurub
Bu rəqəmləri Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt açıqlayıb.
“Ərəb bölgəsinin ÜDM-sinin 6% azalacağı, iqtisadi itkilərin 150 milyard ABŞ dolları olduğu təxmin edilir. 17 milyon insan işsiz qalıb, daha 15 milyon ərəb yoxsulluq səviyyəsinə düşüb. Ərəb ölkələrinin borcu daha 220 milyard ABŞ dolları artıb”,deyə o bildirib.