17 C
Baku
Thursday, October 31, 2024

Azərbaycanın şərab şirkətinin mənfəətində böyük artım

“Göyçay Şərab” ASC ötən ili 1 milyon 165 min 958 manat xalis mənfəətlə başa vurub. 2108-ci ili isə 408 min manat xalis mənfəətlə bağlamışdı. Belə ki, şərab şirkətinin mənfəəti 3 dəfəyə yaxın artıb.

Banker.az bu barədə şərab şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Şərab şirkətinin 2019-cu ildə əsas əməliyyat gəlirləri 12 milyon 945 min manat olub ki, bu da illik müqayisədə şirkətin gəlirlərinin 3 dəfə artması deməkdir. 2018-ci ildə isə “Göyçay Şərab” ASC-nin gəlirləri 4 milyon 414 min manat olub.

Ötən il “Göyçay Şərab” ASC-nin işçi heyəti üzrə xərcləri 112 min 276 manat, amortizasiya xərcləri 909 min 302 manat, digər əməliyyat xərcləri 925 min 774 manat, cəmi əməliyyat xərcləri isə 11 milyon 628 min 932 manat təşkil edib. 2018-ci ildə isə şərab şirkətinin cəmi əməliyyat xərcləri 3 milyon 904 min manat olub ki, bu da ötən il xərclərin 3 dəfə artmasıdır.

2019-cu ildə “Göyçay Şərab”ASC-nin cəmi aktivləri 2.1 dəfə artaraq 14 milyon 708 min manat, cəmi öhdəlikləri 3.5 dəfə artaraq 13 milyon 496 min manat, cəmi kapitalı isə 2.5 dəfə azalaraq 1 milyon 212 min manat olub.

aktv

gelir

mz2

20f

Son xəbərlər
Digər xəbərlər