13 C
Baku
Sunday, November 24, 2024

Yeni bank kartlarının “zəif nöqtəsi”

Bank kartları üçün nəzərdə tutulmuş yeni mikroçiplərin sınaqdan keçirilməsi ilə məşğul olan alimlər bu bank kartlarının “zəif nöqtəsini” təyin etmişlər. Belə ki, aşkar edilən bu “zəif nöqtə” sayəsində sadəcə olaraq kart sahibinin yanında dayanmaqla onun hesabından 1 milyon dollar oğurlamaq mümkündür.

Alimlər bunu 3 noyabr tarixində Arizonada keçirilən kompüter və təhlükəsizlik konfransında bildirmişlər. İddialara görə, alıcılar sürət və rahatlıq üçün kartı terminala yaxınlaşdırmadan və yaxud pin kodu daxil etmədən 31 dollara qədər alış-veriş edə bilərdilər.

Lakin tədqiqatçılar belə müəyyən etmişlər ki, mikroçiplər təyin edilmiş limiti başqa valyuta ilə tanımır və fırıldaqçılar başqasının hesabından müxtəlif valyutalar ilə 999 999,99 –a qədər məbləğ çıxara bilərlər.

Beləliklə, fırıldaqçılar card-readeri kənardan kartınıza yaxınlaşdırmaqla təmassız əməliyyatlar həyata keçirə bilər.

Tədqiqat müəlliflərindən biri olan professor Aad van Mursel bildirmişdir: “Hazırda bank kartlarının ən zəif nöqtəsi maqnit zolağıdır. Biz bu cəhəti aradan qaldırdıqdan sonra cinayətkarların növbəti fırıldaqçılıq cəhdləri təmassız ödənişlər ilə bağlı olacaq. Əgər biz bu çatışmayan cəhətləri aşkar etmişiksə, deməli cinayətkarlar da edəcək. Bizim tədqiqatımızın əsas məqsədi də məhz bundan ibarətdir”.

Son xəbərlər
Digər xəbərlər