Əməliyyat rayon polis şöbəsi əməkdaşları tərəfindnə həyata keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanmış ümumi dəyəri 24862 manat saxta pulu Göytəpə şəhərində satarkən tutulub.
Saxta əskinazlar arasında 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə ) əskinası olub.