“Milli Məclisdə bizim bəzi həmkarlarımız da xəstədir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bütün xəstələrə şəfa diləyib: “Qarşıda bizi çox vacib işlər gözləyir. Biz bu sessiyada dövlət büdcəsinə dəyişiklikləri qəbul etməliyik. Buna görə də sizdən xahiş edirəm və tələb edirəm, özünüzü qoruyun”.
Qeyd edək ki, Milli Məclisin bir neçə deputatının koronavirusa youxduğu barədə məlumatlar yayılıb.