4 C
Baku
Saturday, December 27, 2025

Məcburi köçkünlər üçün Bakıda ev tikilir – 11 şirkətə 49 milyon manat ayrıldı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 11 şirkətlə 49 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Müasir Tikintilər” MMC, “Rabitəinşaat” ASC (2), “Tunel-Metro İnşaat” MMC, “GM Construction” MMC (2), “Progress” Sənaye İstehsalat Şirkəti, “Alıbəyli Şirkəti” MMC (2), “Azman Holding” MMC, “Akkord General Construction” MMC(2), “Kür Araz Şirkəti” MMC, “M.Nazimoğlu” MMC, “Konsept Holding” MMC-dir.

Müqavilələrdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 1 №-li, 2 №-li, 3 №-li, 4 № 5 №-li, 6 №-li, 7 №-li, 8 №-li, 9 №-li, 10 №-li, 11 №-li, 12 №-li, 13 №-li, 14 №-li,15 №-li yaşayış binasının tikintisi nəzərdə tutulur.

Müqavilələrin cəmi məbləği isə 48 milyon 990 min 626 min manatdır.

Son xəbərlər
Digər xəbərlər