17 C
Baku
Friday, November 1, 2024

2014-cü ilin ən nüfuzlu şəxsiyyəti kim oldu?

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Forbes jurnalının versiyasına əsasən dünyanın ən nüfuzlu şəxsiyyətləri reytinqində ilk pilləyə yiyələndi. Reytinqin ikinci pilləsində ABŞ prezidenti Barak Obama, üçüncü pillədə isə Çin lideri Si Tsinpin yer alıb.

Reytinqin 4 və 5-ci pilləsində Roma papası Fransisk və Almaniya kansleri Angela Merkel qərarlaşıb.

Onların ardınca isə ABŞ FES rəhbəri Canet Yellen, dünyanın ən varlı insanı Bill Gates, Avropa Mərkəzi bankının rəhbəri Mario Draqi gəlir. 9-cu pilləni isə Google yaradıcıları Larry Pedge və Sergey Brin öz aralarında bölmüşlər.

Dünyanın ən nüfuzlu insanları reytinqinin 10-luğunu isə Britaniyanın baş-naziri David Cameron tamamlayır.

Son xəbərlər
Digər xəbərlər