Müəllif: Elçin Xəlilov , Financial analyst
DATEDIF funksiyası Excel-in gizli funksiyalarından biridir. Səbəbini bilmirəm. Yoxlamaq istəsəniz, Excel səhifəsində istənilən xanaya gedin, “=” işarəsini qoyub DATEDIF yazmağa başlayın. Digər funksiyalarda funksiyanın adını yazmağa başladığınız anda Excel sizə o ada uyğun funksiyaların siyahısını çıxarır, məsələn SUBTOTAL-da olduğu kimi:
Eynisini DATEDIF üçün etsək qarşımıza heç bir təklif variantı çıxmayacaq.
“DATE” ilə başlayan sadəcə DATE və DATEVALUE funksiyaları təklif olaraq gəldi, amma DATEDIF-dən xəbər yoxdur.
Lakin, funksiyanı sona qədər yazıb, mötərizə işarəsini qoyduğumuz anda, gizlədilmiş funksiya üzə çıxır.
Dediyim kimi, bu cür faydalı funksiyanın niyə standart funksiyalar kimi işləmədiyinin səbəbini bilmirəm, bilən olsa, zəhmət olmasa paylaşsın.
Bu funksiya vasitəsilə biz, 2 tarix arasındakı il, ay, gün və bu üçünün istənilən kombinasiyasından əmələ gələn fərqləri dəqiqliklə öyrənə bilərik. Öncəliklə, gəlin funksiyanın işləyiş mexanizminə baxaq.
Funksiya daxil edildikdən sonra, Excel bizdən başlanğıc və bitiş tarixlərini girməyimizi istəyir. Bizim misalda bu, D14 və D15 xanalarıdır. Daha sonra bu 2 tarix arasındakı fərqin hansı formatda əks olunacağını müəyyən edən bəzi hərfi kombinasiyalar girilir.
- İl fərqini öyrənmək üçün – y
- Ay fərqini öyrənmək üçün – ym
- Gün fərqini öyrənmək üçün – md
hərfi birləşmələrindən istifadə etmək lazımdır. Unutmayın, formul içərisinə yazılan hər bir mətn formatlı yazılar dırnaq (“”) işarələri arasında daxil edilməlidir.
Start date və end date xanalarına aid tarixləri dəyişdirdiyinizdə illərin, ayların və günlərin dəyişdiyini görəcəksiniz. Bu cür hesablamalar əsasən işçilərin staj müddətləri hesablanarkən çox faydalıdır.
Çalışma faylını əlavədən endirə bilərsiniz.
Comments are closed.