17 C
Baku
Saturday, May 4, 2024

Dağıstanın başçısı koronavirusa yoluxub

Dağıstan Respublikasının başçısı səlahiyyətlərini müvəqqəti icra edən general-polkovnik Sergey Melikovda COVID-19 aşkarlanıb.

“RİA Novosti” xəbər verir ki, məlumatı Dağıstan hökumətinin mətbuat xidməti yayıb.

General-polkovnik özünü yaxşı hiss etdiyini və təcrid vəziyyətində işləməyi planlaşdırdığını deyib.

Qeyd edək ki, S.Melikov 2020-ci il oktyabrın 5-də təyin edilib. O, Vladimir Vasilyevi əvəzləyib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər