20 C
Baku
Friday, November 1, 2024

Növbəli işin insan beyninə vurduğu zərər

Növbəli iş, xüsusəndə nizamsız təşkil edilmiş qrafik insanın intellektual qabiliyyətlərinin ciddi şəkildə enməsinə səbəb olur. Nəticələri Occupational and Environmental Medicine Britaniya jurnalında dərc edilmiş araşdırmaya görə, 10 il ərzində bu qrafiklə işləmək beyini 6 illik qocaldır.

Növbəli iş refimindən imtina etdikdən sonra insan beyni bərpa olmağa başlayır. Lakin buna 5 il tələb olunur.

Alimlər belə hesab edir ki, bu nəticələr ağıldan kəmliyin araşdırılması zamanı faydalı ola bilər. Belə ki, bir çox xəstələr yuxu pozuntusundan əziyyət çəkir. Orqanizmin daxili saatları yuxu və gümrahlıq zamanını idarə edir. Alimlər Fransada 3 min xəstə ilə onların yaddaş və intellektual qabiliyyətlərində nə kimi dəyişikliklərin baş verdiyini araşdırmaq məqsədilə araşdırma aparmışlar. Belə məlum olur ki, 10 il ərzində növbəli iş qrafiki ilə işləyən insanların beyni onlardan 6 yaş yarım böyük olan insanların beyni ilə eyni səviyyədədir.

Son xəbərlər
Digər xəbərlər