19 C
Baku
Wednesday, October 2, 2024

Əcnəbilərdən Azərbaycan banklarına “geridönüş”

Əcnəbilər Azərbaycanda 2020-ci ilin fevralından bu tərəfə ilk dəfə Azərbaycan banklarına yatırdığı depozitlərini artırıblar, bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Özüdə Azərbaycanla Ermənistan arasında gedən qızğın müharibədə ərəfəsində.

1 noyabr tarixinə olan göstəriciyə görə, banklarda əcnəbilərin depozitlərinin həcmi 281.8 milyon manat ekvivalentində təşkil edib. Bu isə aylıq olaraq nəzər yetirdikdə 0.5 faiz pozitiv dinamika müşahidə edilir. Xarici vətəndaşların Azərbaycandakı banklara əvvəlki həcmdə vəsaitin həcminə qayıtması 2.2 dəfə artım lazımdı.

Bu azalma aşağıda göstərilən qrafikdə də göründüyü kimi fevral ayındakı 621.3 mln. manatlıq zirvəyə çatandan sonra azalmağa başlayıb.

5675567

Əcnəbilər Azərbaycan banklarındakə vəsaitlərinin 102.2 milyon manatını milli valyutada, 179.6 milyon manat ekvivalentində isə xarici valyutada yerləşdiriblər.

Oktyabrda müşahidə edilən artım isə həmin vətəndaşların xarici valyutada olan depozitlərini 178.3 milyon manatdan 179.6 manata qədər artırmasıdır.

Son xəbərlər
Digər xəbərlər