21 C
Baku
Tuesday, October 8, 2024

İlin əvvəlindən 734 466 nəfər banka müraciət edib

Cari ilin 1 oktyabr tarixinə, əsasən bank müştərilərinin sayı yenə artmaqdadır. İlin əvvəli bank müştərilərinin sürətlə azalmasına baxmayaraq, hazırda bu sahədə sürətli artım müşahidə olunub.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda bank müştərilərinin sayı 5 084 965 ədəddir. Son 1 ay ərzində 86 584 nəfər banka müraciət edib. Cari ilin əvvəlindən isə bank müştərilərinin sayında 734 466 nəfər, yəni 17% artım müşahidə olunub.

Banka müraciət edən müştərilərin 4 989 783 nəfəri yəni, 98% -i fiziki şəxslərdir. Qalan 2% isə hüquqi şəxslər və sahibkarlıqla məşğul olanlardır.

Son xəbərlər
Digər xəbərlər