21 C
Baku
Tuesday, October 8, 2024

Qumar oyunlarının ən “bəxtsiz” oyunçusu

Amerikalı milyoner Terrens Vatanabe qumar oyunlarında məğlub olma sayına görə rekorda imza atıb. Belə ki, o 1 oyunda milyon, bir il ərzində 127 milyon və bir neçə il ərzində 200 milyon dollar uduzub. Onun ailəsi Yaponiyadan ABŞ-a köçmüşdü və atası burada Oriental Trading Co. şirkətini yaratmışdı. Təbii ki, Terens və bacısı məktəbi bitirdikdən sonra burada işləməyə başlayır. Terrens 20 yaşı olduqda ailənin böyük övladı və yapon adət-ənənələrinə əsasən şirkət rəhbərliyini öz üzərinə götürür. O öz bacarıqları sayəsində kiçik şirkəti nəhəng sənayeyə çevirir və onun şirkəti ildə 300 milyon dollar gəlir gətirməyə başlayır.

Lakin 2000-ci ildə Terrens şirkəti satışa çıxarır. O artıq özünü işlə yükləmək əvəzinə xeyriyyəyə və əvvəllər imtina etdiyi əyləncələrə həsr etmək qərarına gəlir. Terrens özünü bir çox layihələrdə sınayır, xeyriyyəçi kimi populyarlıq qazanır, restoran işi ilə məşğul olur. Lakin bütün bu işlərin heç birində sona qədər uğurla addımlaya bilmir və kazinoya aludə olur. Onun ilk uğursuzluğu Wynn Casino-da 21 milyon dollar uduzması ilə başlayır. Spirtli içki və qumar oyunlarına olan aludəçiliyi səbəbindən öz xeyrinə olaraq ona kazinoya gəlməsi qadağan edilir. Lakin bu hələ yalnızca başlanğıc idi. 2007-ci ildə o Rio Hotel və Caesars Palace-da 127 milyon dollar uduzur və bu da bu günə qədər qumar oyunlarında uduzulmuş ən iri məbləğ hesab edilir. O günlərlə kazinoda otura və məbləği artıra bilərdi. O külli miqdarda pul itirməsi ilə yanaşı əliaçıq da idi və ətrafındakı insanlara 100 dollarlıq banknotları hədiyyə olaraq “bəxş” edirdi.

Qısası o təqribən 1 il ərzində iki kazinoda 112 milyon dollar itirir. O borcunu 2009-cu ilə qədər ödəyir, pulları tükənir və borcunu sonuna qədər ödəyə bilmir. Bu andan etibarən onun məhkəmə “səfərləri” başlayır. Kazino nümayəndələri sərt şəkildə Terrensin borcunu ödəmədiyini iddia edirdilər. Vatanabe isə kazino işçilərini onun içkisinə narkotik qatmaqda günahlandırırdı. Onun fikrincə məhz buna görə o oyuna davam edirdi. Kazino isə öz növbəsində bu ittihamı rədd edir və şahidlərin sözlərinə görə Terrens cinsi istismara meyilli idi və daim kokain, marixuana qəbul edirdi. Sonda məhkəmə prosesi sülh şəraitində başa çatır. Hər iki tərəf belə qərara gəlir ki, məhkəmə prosesi onların nüfuzuna xələl gətiri və buna görə də problemi öz aralarında həll etsinlər. Son razılaşmaya görə kazino məhkəmə iddiasını geri götürür, Terrens isə xərclərin ödənməsinə görə yarım milyon dollar ödəyir.

Son xəbərlər
Digər xəbərlər