Dünya birjalarında neftin qiymətində bahalaşma davam edir.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 22:30 radələrində London birjasında Brentin bir bareli 2.30% bahalaşmaqla 48.96 dollar olmuşdur. Hətta bəzi saatlarda isə 49 dolları da test edib.
WTI xam neftinin bir bareli isə Nyu-York birjasında 2.81% bahalaşmaqla 46.17 dollar olmuşdur.
Qeyd edək ki, sonuncu dəfə bu qiymət mart ayının əvvəlində neftə tələbin kəskin azalması səbəbindən qiymətdə “şok” eniş baş tutmuşdu. Martın 5-nə qədər neftin qiyməti 50 dollar üzərində idi.