13 C
Baku
Monday, September 30, 2024

“Facebook” 6 mln. dollar məbləğində cərimələnib

Cənubi Koreyanın Şəxsi Məlumatları Qoruma Komissiyası ABŞ-ın “Facebook” şirkətini məxfilik qaydalarını pozduğuna görə 6 milyon ABŞ dolları məbləğində cərimələyib.

TASS xəbər verir ki, şirkət ölkənin fərdi məlumat qanununu pozub və 2012-ci ilin mayından 2018-ci ilin iyun ayına qədər istifadəçilərin razılığı olmadan azı 3,3 milyon insanın şəxsi məlumatlarını digər şirkətlərə ötürüb.

Komissiyanın əldə etdiyi məlumatlara əsasən, üçüncü tərəfə ötürülən şəxsi məlumatlar arasında istifadəçi adları, ünvanları, doğum tarixi, iş təcrübəsi, doğulduğu şəhər və ailə vəziyyəti haqqında məlumatlar var.

Ötürülən məlumatların dəqiq həcmi məlum deyil, çünki “Facebook” müvafiq sənədləri təqdim etməyib. Komissiya şirkətin addımı ilə bağlı cinayət istintaqının aparılması məqsədilə prokurorluğa müraciət edib.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər