11 C
Baku
Monday, November 25, 2024

Maliyyə zirvəsi

4 Noyabr Hilton Bakı otelində Yapı Kredi Bank Azərbaycan və Yapı Kredi Bankçılıq Akademiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə 2-ci Bakı Maliyyə Zirvəsi təşkil edilmişdir.

Tədbirdə dünya və yaxın bölgələrdə, eləcə də Azərbaycanda yeni maliyyə trendləri, son dövrlərin iqtisadi göstəriciləri, eləcə də yaxın gələcəyin maliyyə proqnozları müzakirə edilmişdir. Zirvədə çıxış edən dünyaca məşhur maliyyə strategisti və best seller yazıçı Peter Fisk, Banklar insanların gələcəyini və həyat yaşayışını yaxşılaşdırmalıdır fikrini irəli sürmüşdür. Digər ana spiker, Yapı Kredi Türkiyə baş iqtisadçısı Dr. Cevdet Akçay isə Azərbaycanda maliyyə sektorunun inkişaf etməsi üçün kifayət qədər stimul olduğunu vurğulamışdır.

1Zirvə Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədr müavini Osman Günaydının moderatorluğu ilə panellə bitmişdir.

Paneldə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Əliyar Məmmədyarov, Erns&tYoung audit şirkətinin baş direktoru İlqar Vəliyev, Hilton Bakı Otelinin baş direktoru Todori Kalamaris, Deloitte Touche audit şirkətinin baş direktoru Nuran Kərimov və Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin Bank və Sığorta şirkətlərinə audit şöbəsinin rəisi Zakir Kazımov iştirak etmişdilər.

Panel iştirakçıları Azərbaycanda Maliyyə sektoru ilə bağlı müxtəlif məqamlara toxundular və moderatorun suallarına aydınlıq gətirdilər.

Tədbir gələn qonaqlara Peter Fisk-in imzalı kitabının hədiyyə edilməsi ilə sona çatdı.

Son xəbərlər
Digər xəbərlər