21 C
Baku
Tuesday, October 8, 2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not yerləşdirir

Banker.az-ın Bakı Fond birjasına istinadən verdiyi xəbərə görə,  Azərbaycan Respublikasının Mərkəzi Bankının 50104442S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 30 000 000 manat, hərraca çıxarılan həcmi – 5 000 000, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracda 2 birja üzvü iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği  5 100 000  manat təşkil etmişdir.

Sifarişlər 99.9250% (gəlirlik 0.97%)  və 99.8445% (gəlirlik 2.00%) qiymət intervalında təqdim edilmişdir. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.9250% (gəlirlik 0.97%), orta ölçülmüş qiyməti – 99.9250% (gəlirlik 0.97%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Notların nominal üzrə reallaşdırılmış həcmi  5 000 000 manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi  03 dekabr 2014-cü ildir.

Son xəbərlər
Digər xəbərlər