2 C
Baku
Saturday, December 14, 2024

“Dyson” yeni texnologiyalara 3 milyard funt sterlinq investisiya qoyacaq

Böyük Britaniyanın tozsoran istehsalçısı “Dyson” şirkəti yaxın 5 il ərzində yeni texnologiyalara 2,75 milyard funt sterlinq investisiya qoyacaq.

Bu barədə “Reuters” agentliyi xəbər verir.

Məlumata görə, şirkətin məqsədi məhsul portfelini istehsal həcmini 2 dəfə artırmaqdır. O cümlədən ötən il icrası yarımçıq dayandırılmış elektrikli avtomobillər üçün akkumlyator istehsalı layihəsinin davam etdirilməsidir.

“Hazırda “Dyson”un müştərilərinin rifahı üçün yeni texnologiyalara investisiya yatırmağın vaxtıdır”, – deyə şirkətin icraçı direktoru Roland Krueger bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər