19 C
Baku
Sunday, September 29, 2024

“Azeri Light” noyabrda 30% bahalaşıb – Hər barrelində $1 artım Azərbaycana nə qədər gəlir gətirir?

Azərbaycan nefti noyabr ayı ərzində 11 dollar, yəni, 30% dəyər qazanıb.

Banker.az-ın Monitorinq Qrupunun məlumatına görə, “Azeri Light” markalı xam neftin bir bareli 1 noyabrda 37.53 dollar olduğu halda ayın 30-na 48.73 dollar ilə tamamlanıb. Bu isə noyabr ayı ərzində Azərbaycan neftinin  orta qiymətinin 43.86 dollar olması deməkdir. Neftin qiymətinin ən yüksək artım dinamikası Azərbaycan üçün önəmli olan 10 noyabr tarixinə təsadüf edib. Həmin tarixdə “qara qızıl” markamız 39.94 dollar/bareldən 42.93 dollar/barelə yüksəlmişdi ki, bu da sutqalıq 7.49% artım deməkdir.

OPEC+ alyansına Azərbaycan da qoşulub və neftin hasilatında Azərbaycana da kvota qoyulub. Hazırda hasilatın günlük həcmi 675.2 min barrel təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycan neftin qiymətində hər bir dollar azalma/çoxalmasına görə 675.2 min dollar itiririb/qazanır.

438738734

Xatırladaq ki, oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675.2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7.7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

 

Son xəbərlər
Digər xəbərlər