Kod saxlama və birgə iş üçün yaradılan “GitLab” platformasının dəyəri 6 milyard dollara çatıb.
Banker.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNBC məlumat yayıb. Xatırladaq ki, 2019-cu ilin sentyabrında şirkət 2,75 milyard dollar dəyərində qiymətləndirilib.
“GitLab” 2020-ci il 18 noyabr tarixində birjaya çıxmağı planlaşdırsa da, pandemiya səbəbindən planlarını 2021-ci ilədək təxirə salmağa məcbur olub. Şirkətin rəhbəri Sid Sibranji platformanın 2019-cu ildə 100 milyon dollar gəlir gətirdiyini açıqlayıb.
2019-cu ilin payızında “GitLab” “Goldman Sachs” və “Iconiq Capital”dan 268 milyon dollar sərmayə cəlb edib. Onlardan əlavə, sərmayəçilər arasında “Y Combinator”, “Franklin Templeton”, “Tiger Global Management” və digərləri olub.
Xatırladaq ki, “GitLab” Ukrayna əsilli Valeriy Sizov və Dmitri Zaporojeç tərəfindən 2011-ci ildə yaradılıb. Xidmətin müştəriləri arasında “Goldman Sachs”, “Nvidia” və “Delta” kimi məşhur şirkətlər var.
2018-ci ildə “Microsoft” şirkəti “GitLab” üzərində birgə iş aparmaq üçün rəqibini satın alıb. Müqavilənin dəyəri 7,5 milyard dollar təşkil edib.